"Real"ın futbolçusu Eden Hazard Madrid klubunun azarkeşlərindən üzr istəyib.
SİA xəbər verir ki, o, bununla bağlı "İnstaqram" hesabında yazıb:
Xatırladaq ki, Hazard Çempionlar Liqasının yarımfinalında "Çelsi"yə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra London klubundakı sabiq komanda yoldaşları ilə söhbət edib. Hazard onlarla gülüb və zarafat edib. Həmin anlar televiziyada yayımlanıb. Onun bu hərəkəti azarkeşlərin narazılığına səbəb olub.