"ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması plana uyğun davam edir” - Pentaqon

7 May 2021 00:40 (UTC+04:00)

“İndiyə qədər ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması plana uyğun davam edir”.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin brifinqdə bildirib.

Qeyd edək ki, ABŞ qoşunları 2001-ci ildənƏfqənıstanda əməliyyatlarda iştirak edir.2021-ci il mayın 1-dən isə isə birləşmiş ştatlar öz qoşunlarını bu ölkədən çıxarmağa başlayıb.