"Açıq havada maska qadağası davam edə bilməz" Muraddan etiraz

6 May 2021 19:21 (UTC+04:00)

Müğənni-bəstəkar Murad Arif TƏBİB-in qadağalarla bağlı qərarlarını tənqid edib. SİA-nın məlumatına görə, ifaçı bəzi məsələlərə etirazını bildirib: "Təbii ki, mərhələli də olsa, hər şeyi normalına çevirməlisiniz. Məclislər daha qadağan oluna bilməz. Əks halda, bu qadağanın "pul qazanmaq" üsulu kimi işlədiyi təsəvvürünə gəlinəcək. Çünki çox özəl məkanlarda hər şey keçirilir. Bəzi yerlərdə isə reydlər, cərimələr, pullar...

Açıq havada maska qadağası davam edə bilməz. Əks halda insanlar bu istilərdə panik atakdan, havasızlıqdan solub gedəcək. Bu qadağa məntiqsizdir. İdman zallar da açılmalıdır. Məhdud da olsa, insanlara növbəli şəkildə sağlam qalmağa şərait verməlisiniz. Mollar, kinoteatrlar da müəyyən limitlənmiş, spirtlənmiş, maskalanmış, məsafəsi qorunmuş formada fəaliyyət göstərməlidir. Metronun mövcudluğu avtobuslarda sıxlığı azaldacaq, anlayırsınızmı? Kimlərsə qızdırmalı və maskasız kəsləri buraxmasın, nəzarət güclənsin. Minlərlə insanın iş yerlərini belə birdən bağlamaq, hər qadağadan biznes etmək olmaz. Bir qatlaşın, bir formalarını yaxşı düşünün, özünüzə əziyyət verin, qəliz yolları seçin. Amma həyatı qaytarın. Xarici ölkələrin misallarına əsaslanaraq bunu edin".