Britaniyalı alimlər ermənilərin növlərini araşdırıblar TƏFƏRRÜATLAR

6 May 2021 15:40 (UTC+04:00)

Ermənilərin nəinki Qafqaz regionunda, eləcə də dünyaya səpələnmiş vəziyyətdə belə dinc xalq olmamaları tarixlər boyu sübuta yetirilib. Əbəs deyil ki, bu xalq barədə əsrlər boyu yazılan bir çox tarixi əsərlərdə ən çox mənfi cəhətləri haqqında danışılır. Lakin təəssüf ki, qaraçı, yaxud köçəri tayfalarından yaranmış ermənilərin bəşəriyyətə dinclik verməyən davranışlarından nəticələr çıxarılmır, əksinə, necə deyərlər, onların nazları ilə hətta müasir zamanlarda da oynanılır. Lakin faktları inkar etmək olmaz və SİA Britaniya alimlərinin ermənlərlə bağlı apardıqları araşdırmalarının nəticələrini təqdim edir. Daha dəqiq desək, erməniləri bir neçə növlərə bölən alimlər şok doğuran və eyni zamanda, gerçəkliyi ortaya çıxaran nəticələr əldə ediblər. Misal üçün, həm də nəyə görə bir-birlərinə qarşıda nifrət nümayiş etdirmələri faktları da araşdırılıb.

1. Qarabağ erməniləri

Qarabağ erməniləri İrəvan ermənilərinə nifrət edirlər. Ona görə ki, İrəvan erməniləri onları daim müharibələrə cəlb edib. Təkcə Qarabağda son 30 ildə baş verən işğalçılıq olayları zamanı Qarabağ erməniləri demək olar ki, hər şeylərini itiriblər. Onlar müharibədə uduzandan sonra artıq ümumiyyətlə, rahat yaşamağın nə olduğunu unudublar.

2. İrəvan erməniləri

İrəvan erməniləri Qarabağ ermənilərinə nifrət edirlər. İlk növbədə, onlar qarabağlı ermənilərə paxıllıq edirdilər və nifrətin bir tərəfi bununla bağlıdır. Çünki İrəvan erməniləri kasıblıq, aclıq və səfalət içində yaşayırdılarsa, Azərbaycanın tərkibində yaşayan ermənilər çiçəklənir, eləcə də hər şeyə malik olurdular.

İrəvan ermənilərinin yeni nəsli isə qarabağlı erməniləri ona görə sevmirlər ki, onların oğulları və ərləri işğal olunmuş ərazilərdə Qarabağ ermənilərini “müdafiə” edərkən öldürülüblər.

3. Amerikanın erməni diasporu

Amerikada yaşayan ermənilər ən adekvatsız və radikal erməni diasporalardan hesab edilir. Onlar Azərbaycana və Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik mövqeyi nümayiş etdirir və bunu tarixi bilmədən, sadəcə, yalan təbliğatı vasitəsi ilə edirlər..

4. Rusiyanın erməni diasporu

Əgər Amerikanın erməni diasporu öz həyasızlığı ilə seçilirsə, Rusiyadakı ermənilər biclikləri ilə fərqlənirlər. Onların insanların üzünə gülərək, kürəklərindən bıçaqla zərbə endirmələrindən isə, ümumiyyətlə, təəccüblənməyə dəyməz.

5. Fransanın erməni diasporu

Onlar Fransanın dövlət siyasətinin tərkibinə çevrilmiş islamofobiya, həmçinin türkofobiya xarakterində davranırlar. Fransanın anti-Türkiyə və anti-Azərbaycan siyasətinin yanında yer alır, dəstək göstərirlər.

Ümumilikdə isə qeyd etmək yerinə düşərdi ki, erməni diasporları yaşadıqları ölkələrdə “Ermənistanın maraqlarını tərənnüm etdiklərini” iddia etsələr də, əslində, yaşadıqları ölkələrin maraqlarından çıxış edirlər. Ona görə də bir-birlərini sevmirlər, çünki onlar həm də bizneslərində rəqabət aparırlar.

Rövşən NURƏDDİNOĞLU