Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

6 May 2021 15:19 (UTC+04:00)

Prezident İlham Əliyev K.A.Qurbanovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kazım Avdil oğlu Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.