Ümummilli Liderin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib FOTO

6 May 2021 14:52 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşşəbbüsü ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual yarış təşkil olunub. SİA-nın verdiyi məlumata görə, yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci, və Gəncə Tibb Kollecini təmsil edən komandlar iştirak edib. Bilik yarışını giriş sözü ilə açan, YAP Gəncə şəhər təşkilatının aparat rəhbəri Orxan Əhmədov, Ümummilli Liderin 98 illiyi ilə bağlı ölkədə keçirilən silsilə tədbirlərdən bəhs edib.

YAP Gəncə şəhər təşkilatı tərəfindən keçirilən bilik yarışında, gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində kömək olacağını bildirən natiq, bütün komandlara uğurlar arzulayıb. Hər biri beş nəfərdən ibarət olan beş komandanın qatıldığı bilik yarışında, iştirakçılar Ümummilli liderin həyatından, siyasi fəaliyyətindən, qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərdən verilən sualları cavablandırıblar.

Komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Gərgin keçən yarışın qalibi Gəncə Dövlət Universitetinin komandası olub.