"Rusiya maraqlarını təmin etmək üçün kimisə özünə çəkməlidir" MÜSAHİBƏ

6 May 2021 14:54 (UTC+04:00)

SİA siyasi şərhçi Azər Həsrətin müsahibəsin təqdim edir.

- Son vaxtlar erməni və yerli mətbuatda Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı xəbərlər yayılır. Sözsüz ki, bu xəbərlər Qarabağ separatçılarını və Ermənistandakı siyasətçiləri qorxudub. Ermənilər iddia edir ki, 10 noyabr bəyanatında Xankəndinin Azərbaycana qaytarılması ilə bağlı bənd yoxdur. Bunu əsas tutaraq Xankəndinin rəsmi Bakının tabeçiliyinə verilməsini inkar edirlər, buna baxmayaraq erməniləri qorxu bürüyüb. Belə bir bənd varmı, yoxdursa ermənilər niyə narahatdırlar?

- Bəyanatda konkret olaraq yazılıb ki, Agdam, Kəlbəcər və Lacın rayonundan erməni silahlı qüvvələri hansı tarixlərdə çıxacaq və həmin tarixlərə uyğun addımlar atıldı. Amma Xankəndi məsələsinə gəldikdə isə bəyanatda deyilir ki, bütün ərazilərdən paralel şəkildə Ermənistan silahlı qüvvələri çıxarılacaq. Yəni ki, rus sülhməramlıları yerləşdikcə erməni silahlı qüvvələri ərazini tərk etməli və yaxud silahlarını sülhməramlılara təhvil verəcəklər.

Sual oluna bilər ki, belə olan şəraitdə Azərbaycan niyə gedib öz hakimiyyətini təmin eləmədi? Bu, psixoloji məsələdir. Xalqlar arasında bəlli bir dövr keçməlidir ki, yaxınlaşma baş versin. Yəni bu gün müharibə edib, sabah birlikdə mehriban yaşamaq olmaz. Ona görə də sülhməramlılar ora yerləşdirilib və paralel şəkildə ermənilərin silahsızlaşdırılması aparılmalı idi. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları onlara göstlərilən etimadı gərəkli şəkildə doğrultmurlar.

Ermənistanda bu söhbətlər daxili manipulyasiya hesabına aparılır. Hər kəs öz siyasi kapitalına oynuyur. Onlar yaxşı başa düşür ki, Qarabağ söhbəti bağlanıb və yerdə qalan məsələr də öz həllini tapacaq.

- Rusiyanın Cənubi Qafqazdan çıxması üçün hansı hadisələr baş verməlidir?

- Rusiya ərazi baxımından çox nəhəng bir dövlətdir.Rusiyanın özünə çəkilməyi lazımdır. 1985-ci ildə aşkarlıq siyasəti SSRİ-ni dağıtmaq üçün edildiyini bilirik. Rusiyanın təsir imkanlarını zəiflətməliyik. SSRİ-nin əlindən çıxan dövlətlərdə Rusiyanın təsir imkanları hələ də qalır, lakin bu, əvvəlki kimi deyil. Rusiya təsirinin qalıqlarını da aradan qaldırmalıyıq və bunun da yolu Rusiyanın dağılmasından keçir. Biz Rusiyanın dağılmasını istəmirik, lakin Rusiya məcbur edir ki, belə rəftar edək. Əgər Rusiya normal qonşuluq siyasəti yürütsə, qarşılıqlı etimada etibarlı olsa, Azərbaycan və digər dövlətlərə sayğılı yanaşsa, bizim Rusiya ilə problemimiz olmaz. Rusiya bayaq da qeyd etdiyim kimi, nəhəng dövlətdir və biz Rusiya ilə təkbətək bacara bilmərik. Onun da çıxış yolu daxildən bu dövlətin ziəflədilməsidir. Rusiya idarəsindəki insanlar bir qədər ağıllı davranmalıdırlar ki, parçalanmasınlar. Bunun üçün Azərbaycanla hesablaşmalıdırlar, çünki Azərbaycan türk dövlətinin ürəyidir. Milliyyətçi hərəkatlarda hər zaman Azərbaycan öndədir. Bizim şüurmuzda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Kuzey Kıbrı, bir bütündur. Rusiya yaxşı anlamalıdır ki, bizimlə anlaşsa, bu coğrafiya üzrə problemi olmayacaq.

- Cənab Prezident İlham Əliyevdə çıxışlarının bir çoxunda deyib ki, biz Xocalıya qayıdacağıq. Bu, o deməkdir ki, Azərbaycan istənilən vaxt Xocalını işğaldan azad edəcək. Yerli ermənilərdə fikir formalaşır ki, halqa daralır. Bu məsələ erməniləri narahat edirmi?

- Paşinyan 10-15 il bundan öncə küçə ab-havasına köklənmiş adamdır. Qarabağdakı ermənilər böyük bir əksəriyyəti rahat şəkildə Azərbaycan hakimiyyəti altında yaşamağa çoxdan hazırdır. Onlar hətta münaqişə illərində birinci Qarabağ savaşı dövründə belə arzu etmirdilər ki, Azərbaycanla savaş olsun. Yerli ermənilər Azərbaycanla danışmaq və razılaşmağı illərdir tələb edirlər. Eyni zamanda vurğulayırlar ki, Qarabağ Azərbaycan torpağıdır Ermənistan da elə tanımalıdır.

Cənab prezident məsələni çox ağıllı bir şəkildə qoyub ki, ermənilər bizim vətəndaşımızdır və bizim onlarla düşmənçilik etmək kimi istəyimiz yoxdur. Qarabağ erməniləri onları idarə edən qruplaşmanın girovudurlar.

Təbbi ki, Arayik terrorçudur. Dinc əhalinin bombalanmasına tapşırıq verən adamdır. Lakin ordakı ermənilərin Arayikə qarşı çıxmağa imkanı yoxdur.

Bu məqamda rus sülhməramlıları elə bir şərait yaratmalı idilər ki, ermənilər rahat şəkildə öz sözlərini deyə bilsin. Müharibə gedən vaxtı belə sadə erməniləri danışırdılar ki, niyə biz vuruşuruq? Gəlin masa arxasında oturaq.

Erməni siyasətçilərinin bəziləri isə vurğulayır ki, dinc qonşuluq münasibətini saxlamalıyıq.

Üçüncü tərəfin marağı buna imkan vermir ki, ermənilər öz fikrini ifadə etsin. Rusiya maraqlarını təmin etmək üçün kimisə özünə çəkməlidir.

- Rusiya xarici işlər naziri Lavrov 5-6 may tarixlərində İrəvanda səfərdədir, daha sonra 10-11 mayda Bakıya səfər edəcək. Bizə maraqlıdır, niyə birinci Ermənistana, sonra Azərbaycana səfər edəcək? Lavrov hansı təkliflərlə gələcək.

- Lavrovun ermeni bağları var. Buna görə yaxşi bir şey gözləmirəm. Azərbaycan dövləti nəhəng Rusiyanın qabağında dik durmağı bacaran dövlətdir. Rusiya davamlı şəkildə ayrı-ayrı mərkəzlərdən sanksiyalara məruz qalır.

ABŞ-ın saksiya tətbiqi ilə onun tabeçiliyində olan dövlətlər Rusiyaya da sanksiya tətbiq etməyə başladı. Lakin Azərbaycan Rusiyaya sanksiya tətbiq etmədi. Azərbaycanın öz marağı öz mövqeyi var. Dövlətin avtoritetini Prezident İlham Əliyev sərgiləyir. Həm də Rusiyaya göstərir ki, Rusiya bütün dünya sənə qarşı olsa belə, sənin arxandayam və səninlə tərəfdaşlığa xəyanət etməmişəm. Eyni zamanda, İranla da əlaqələrimiz belədir.