Erməni ilə həmrəy olan riyakarlar...

6 May 2021 13:46 (UTC+04:00)

Nədir AXCP-nin azarı?...

Bu gün Azərbaycan ölkəsi inkişaf etmiş ölkələr sırasında ən yüksək pillədədir. Azərbaycan dinamik inkişaf yolunda irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Azərbaycan dövlət başçısının apardığı siyasət ona köklənib ki, hər bir Azərbaycan vətəndaşı özünü güclü dövlətin layiqli bir vətəndaşı kimi hiss edə bilsin. Humanist olması ilə yanaşı, Azərbaycan Prezidenti milli maraqlarda qətiyyən güzəştə getmir.

Rəzil "beşinci kalon"un satqın “sülaləsi” bu uğurları həzm edə bilmir...

Niyə, çünki xarici qüvvələrin işlənib atılmış tryapkalarıdır. "Beşinci kalon"un satqın “sülaləsi” olan Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid, Xədicə İsmayıl, Vidadi İskəndərlini, Arif Məmmədovu və bu kimi erməniyə satılanları niyə bu uğurlar narahat edir, onları nə maraqlandırır? Bəllidir. Bu günlərdə öz adına “layiq” danışan satqın Əli Kərimli sosial şəbəkələrdə çıxışı zamanı deyir ki, "əgər ölkənin daxilində ciddi dirəniş olmasaydı, bu gün baş verənlər, olmayan qələbədən danışmaq olmayacaqdı. Ancaq yaxın zamanlarda istəyimizə çatacağıq. Bunu bilin, çünki biz meydanda olanda dünya bizi eşidəcək!”. Nə qədər rəzil düşüncə! Nə qədər alçaq fikirlər. Belə də “düşünməlidirlər”. Çünki xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan bu satqın, anti-milli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır. Çünki “beşinci kalon”un satqınları xarici anti-Azərbaycan dairələrdən aldığı pullarla ölkəmizə, müstəqilliyimizə qarşı mübarizə aparan erməni lobbisi və terrorçularla həmişə bir səngərdə yer alan anti-milli ünsürlərdir. Və...

Tarixin zibilxanasına atılmış bu «eksponatlar»....

Anti-Azərbaycan dairələrin əlaltısı qismində çıxış edən, siyasi fəallığı siyasi satqınlıq kimi qavrayan Arif Məmmədov, Ramiz və Leyla Yunuslar, Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli və bu kimilər açıq şəkildə ermənipərəst mərkəzlərin direktivlərinə əsaslandıqlarını ortaya qoyurlar. Bir həqiqəti anlamaq lazımdır ki, milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur. Məğlubiyyət, uğursuzluq və bacarıqsılıq boyunlarına biçilib bu satqınların və artıq tarixin zibilxanasına atılmış “eksponatlar”dır.

Fizikadakı adi hərəkət qanununa görə, dalğa bir yerdə qala bilməz, o, fasiləsiz olaraq irəli və geri hərəkət etməlidir. Tarix də elədir. İctimai həyatın çirkin ifrazatı radikal ruhlu müxalifətin sıralarında yer aldığına görə o nə isə etmək, bacarmaq, yaratmaq iqtidarında deyil. Bir də deyirlər ki, dəniz çirkab götürmür, o, yad cisimlərdən xilas olmaq üçün güclü dalğaları ilə həmin yad cisimləri vurub sahilə çıxarır. Öz doğuşu və təşəkkülü ilə ən yeni tariximizin ikrahdoğurucu səhifələrindən birini yazmış radikal, anti-milli müxalifət də bu gün cəmiyyətimizin kükrəyən inkişaf ahənginin miqyaslarına tab gətirməyərək siyasi səhnədən silinməkdə, çökməkdə, iflas etməkdədir.

Təfəkkürü şikəst, əməlləri iyrənc...

Bu şikəst təfəkkürlü saxta əməl virusları istər seçki kampaniyaları dövründə, istər ölkəmizdə keçirilən yüksək tədbirlər ərəfəsi, istər dünya dövlətlərinin «soyuq müharibə» ilə – koronavirusla mübarizə apardığı zaman, istərsə də 30 illik doğma dədə-baba torpaqlarımızın həsrətinə düz 44 gün ərzində apardığımız haqq yolunda ədalətin, bütövlüyümüzün və nəhayət, Qarabağ Azərbaycanındırsa qovuşmağımıza bütün türk dünyası sevincimizə şərik olduğu halda, erməniyə yalaqlıq edən radikal müxalifət virusları sosial şəbəkələrdə naqislik, satqınlıq və alçaqlıq edərək hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər deməkdədirlər. Cəmiyyətə özünü “ana” müxalifət kimi sırımağa çalışan satıb-satılan Əli Kərimliyə və onun “silahdaşları” - Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi məfhumlar əxlaqı korlanmış “sosial media qəhrəmanları”dır.

Artıq ictimaiyyət....

Sosial şəbəkə dəllallarının qanun çərçivəsində cəzalarını almağı tələb edir!

Belə bir atalar sözü də var: “düşməni başqa yerdə axtarmaq lazım deyil”. Həmçinin belə bir deyim də var: “xəyanət ölümdən betər bir şeydir və bunu, sadəcə, anlamaq lazımdır”. Lakin bu əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələ olduğu kimi, anlamaqları isə mümkünsüzdür. Çünki Əli Kərimli və onun ətrafında olan əxlaqsız və satqınların “anlaya” biləcək “başı” da yoxdur. Və bu gün sorosun tör-töküntüləri, çör-çöpləri - Əli Kərimli, Cəmil Həsənli, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Arif Məmmədov kimi sosial şəbəkə dəllalları bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdı və alacaq da! Çünki Vətənini, dövlətini, xalqını satanların bir adı var – NANKORLUQ və ƏXLAQSIZLIQ! Bu satqınlar bilməlidirlər etdikləri əməlin bədəli ağır olacaq və gec-tez xalqın qarşısında ən ağır cəzalarını alacaqlar, özü də bağışlanılmayan cəzalarını!

Rəfiqə HÜSEYNOVA