"Bir daha səhhətim haqda danışmayacağam" AÇIQLAMA

6 May 2021 13:21 (UTC+04:00)

Xalq artisti Könül Xasıyeva koronavirusa yoluxub. SİA-ya bu haqda xanəndənin özü açıqlama verib: "Hazırda yaxşıyam, sağalıram. Xəstəxanaya getmədim. Ev şəraitində müalicə aldım. Allah bütün xəstələrə şəfa versin. Amma mən daha xəstəlik xəbərləri ilə gündəmə gəlmək istəmirəm. Bir daha səhhətimlə bağlı heç yerdə danışmayacağam”.