Xalq artisti Röya Ayxan və müğənni Yaşar Cəlilov bir araya gəlib. SİA-nın məlumatına görə, duet sənətçilər birgə şəkil çəkdiriblər. Onların fotolarda səmimi olması da diqqətlərdən yayınmayıb.
Yaşar sözügedən şəkilləri sosial media hesabında yayımlayıb. O, paylaşımında Xalq artistinə sevgi etirafı edib: "Röya, səni sevirəm".
Cəlilovun bu sözləri izləyiciləri tərəfindən müzakirələrə səbəb olub.