Ustad dərsi təşkil olunacaq

6 May 2021 12:13 (UTC+04:00)

Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi keçiriləcək.

SİA-nın məlumatına görə, ustad dərsi animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə reallaşacaq.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.