ABŞ-ın "SpaceX" şirkəti ötən gün "Starship" kosmik gəmisinin prototipinin uçuş sınaqlarını keçirib. Sınaqların yekunu olaraq Marsa uçuşlar üçün nəzərdə tutulmuş kosmik gəmi şaquli vəziyyətdə eniş edə bilib.
SİA-nın məlumatına görə, sınaqlar "Youtube" video paylaşma platformasında yayımlanıb.
"Starship" kosmik gəmisinin prototipi bir neçə dəqiqə ərzində təxminən 10 km yüksəkliyə qalxıb.