"Mançester Yunayted" bu futbolçu üçün 90 milyon avroödəməyə hazırdır

6 May 2021 04:28 (UTC+04:00)

"Mançester Yunayted" "Tottenhem"in futbolçusu Harri Keyni transfer etmək istəyir.

SİA "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ingilis hücumçu üçün 90 milyon avro ödəməyə hazırdır. Klubun bu yay 27 yaşlı oyunçunu almağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Keyn bu mövsüm 45 matçda 31 qol vurub, 16 qolun ötürməsini verib.