Mövsümün son ev oyununa 10 min "Liverpul" azarkeşi buraxılacaq

6 May 2021 02:34 (UTC+04:00)

İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Kristal Pelas” matçına azarkeşlər buraxılacaq.

SİA xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, mayın 23-də keçiriləcək mövsümün son ev oyununa 10 min azarkeşin buraxılacağı bildirilib.

“Liverpul” Premyer Liqada 34 turdan sonra 54 xalla 7-ci sıradadır.