Türkiyədə Əhməd Cavadın ildönümü münasibətilə sənədli film hazırlanıb

6 May 2021 00:27 (UTC+04:00)

Türkiyədə Azərbaycanın istiqlal şairi və himninin sözlərinin yazarı Əhməd Cavadın anadan olmasının ildönümü münasibətilə sənədli film hazırlanıb.

SİA xəbər verir ki, Türkiyənin TRT Avaz telekanalında yayımlana “Əhməd Cavad, Bir millətin ruhu” filmində şairin həyat və yaradıcılığından bəhs edilir, onun həyatı canlandırılır.

Vahit Taha Kurutlunun ssenarisi əsasında hazırlanan ekran əsərinin rejissoru Muhammet Erkam Bülbül, prodüsseri isə Halis Cahit Kurutludur.