Çelsi-Real Madrid oyununun vaxtı BƏLLİ OLDU

5 May 2021 16:47 (UTC+04:00)

Çempionlar Liqasında son finalçı müəyyənləşir. Çelsi hesabı 1-1 olan qarşılaşmadan sonra Real Madrid-i qəbul edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ingilis komandasının əsas heyyətində əskiklik yoxdur. Real Madriddə isə Karvahal və Lukas Vaskesin zədələri var. Çelsi məşqçisi Tomas Tukelin gündəmində ilk oyunda oynaya bilməyən Sergio Ramos var idi.

Real Madrid baş məşqçisi Zinəddin Zidan Ramos üçün bu sözləri ifadə edib: "Biz burada olmağa layiqik. Ramos oynayacaqmı, bu çox çətin sualdır çünki mən də bilmirəm. Bu fərq yaradacaqmı, bəli çox çətin olacaq. Ramos son illərin ən uğurlu komandasının kapitanıdır. Bu məsələyə çox da fikir verməməliyik. Düşünürəm ki, o da oynayacaq və biz buna hazır olmalıyıq. Öz oyunumuzu oynamalıyıq. 90 dəqiqə və ya daha çox vaxt olacaq. Çox yaxşı hazırlaşmışıq. Ramosun oynayıb-oynamayacağını sizə deyə bilmərəm. Onun oynamasına zəmanət verə bilmərəm. Ən əsası liderimizin, kapitanımızın yanımızda olmasıdır".

Mümkün ilk 11-lik

Çelsi: Mendi, Kristensen, Silva, Rudiger, Azpuliketa, Kante, Jorginyo, Mont, Çilvel, Pulusiç, Werner.

Real Madrid: Kurtua, Adriazola, Militao, Ramos, Mendy, Modriç, Kasemiro, Kroos, Asensio, Vinicius, Benzema

Çelsi-Real Madrid oyunu hansı kanalda və nə vaxt olacaq?

İngiltərənin Stamford Bridge meydançasında oynanacaq. Çelsi-Real Madrid Çempionlar Liqasının yarı finalının ikinci oyunu bu gün Bakı vaxtilə saat 23.00-da başlayacaq.

Zərdüşt Quluzadə