Avtomobilin baqajında ​​15 milyon il əvvələ aid heyvan qalıqları tapılıb - FOTO

5 May 2021 15:09 (UTC+04:00)

Xorvatiya-Bosniya və Herseqovina sərhədində bir avtomobilin baqajından 15 milyon il əvvələ aid heyvan qalıqları tapılıb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, qalıqlar arasında müasir fillərin, kərgədanların, donuzların və digər nəsli kəsilmiş növlərin əcdadları olduğu düşünülən çənə sümükləri və dişlər var.

Qalıqların Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 120 km məsafədə Bugojno şəhəri yaxınlığındakı bir mədəndən gəldiyinə inanılır.

Zagreb Təbiət Tarixi Muzeyindən Drazen Capundzik "Bu qiymətli fosil elementləri şübhəsiz ki, Yer üzünün tarixə qədərki keçmişinin həyatı, iqlimi və mühiti haqqında bizə yeni elmi məlumatlar verəcəkdir" dedi.
Miyosen dövrünə aid parçaların hər ikisinin də müasir fillərin əcdadı olan Gomphotherium və Prodeinotherium kimi növlərdən gəldiyi ifadə edilir. Digər hissələrin kərgədan və donuz əcdadları Brachipotherium və Conohyusdan gəldiyi düşünülür.

Təxminən üç həftə əvvəl Xorvatiya sərhədçiləri 46 yaşlı sloveniyalı tərəfindən Bosniya və Herseqovinadan gələn avtomobilin baqajında ​​onlarla əşyaları ələ keçirdi. Sonra muzey mütəxəssisləri hadisə yerinə çağrılıb.
Polis əşyaların "qanunsuz satıcılar üçün maraqlı olacağını" söyləyib, lakin sloveniyalı sürücünün tutulub tutulmadığını açıqlamadı. Qalıqların "deqradasiyanın qarşısını almaq" üçün müvəqqəti olaraq Təbii Tarix Muzeyində saxlanılacağı bildirilib.