Bakıda güclü külək qəzaya səbəb oldu FOTO

5 May 2021 13:28 (UTC+04:00)

Bakıda güclü külək qəzaya səbəb olub. SİA-nın məlumatına görə, hadisə Səbayil rayonu Salyan yolu 22 ünvanında qeydə alınıb. Güclü külək hərəkətdə olan motosikleti aşırdıb.

Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.