Yeni tamaşa oynanılacaq FOTO

5 May 2021 13:31 (UTC+04:00)

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami ili” elan edilən 2021-ci il qardaş Türkiyədə də böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus ili” elan olunub. SİA-nın məlumatına görə, Bakıdakı Yunus Əmrə İnstitutu bu əlamətdar ildönümləri ilə bağlı Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan televiziya layihələri təqdim etməyi planlaşdırır.

Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşaya Beynəlxalq Muğam Mərkəzi dəstək olacaq. İki hissədən ibarət tamaşanın birinci pərdəsi Yunus Əmrəyə, ikinci pərdə isə Nizamiyə həsr olunub.

Layihənin rəhbəri, tamaşanın ssenari müəllifi, Azərbaycanda və Türkiyədə tanınan rəssam Günay Zebicdir(Mehdizadə).