"Şəxsi avtomobillərdən istifadə etməyin" BŞDYPİ RƏSMİSİ ÇAĞIRIŞ ETDİ

5 May 2021 11:42 (UTC+04:00)

"Hal-hazırda paytaxtın hündür əraziləri xüsusilə Yasamal rayon ərazisində küləyin sürəti normadan artıqdır". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, havanın belə olması narahatçılıq doğurur: "Vətəndaşlara, sürücülərə, avtomobil sahiblərinə müraciət edirik ki, küləyin belə sürətli olması nəzərə alıb, təhlükəsizliyin təmin edilməsi məqsədilə mümkün qədər külək dayanana kimi şəxsi avtomobillərindən istifadə etməsinlər. Xüsusilə ağacların altında avtomobillərin saxlanması təhlükəlidir. Hal-hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xidmət apardığı ərazidə küləklə əlaqəli hər hansı bir hadisənin baş verməsi haqqında məlumat daxil omayıb".

Arzu Elsevərqızı