Müğənni Nadir Qafarzadə sənət dostlarına səslənib. SİA-nın məlumatına görə, ifaçı dünən avtomobil qəzasında dünyasını dəyişən həmkarı Aslan Hüseynovdan da söz açıb: "Aslan Hüseynovun ölümü bilirsiz nə deməkdir? Ölüm gözlə qaş arasındadır. Mehriban olaq, bir-birimizi istəyək, az qarğışlayaq. Bir-birimizi itirəndən sonra deməyək, yaxşı oğlan idi. Ona sağlığında qiymət verək.
Rəhmətə gedən insan sağ olanda yaxşı idi. Niyə rəhmətə gedəndən sonra yaxşı deyirlər? Sağ olanda qədrini bilərdiz. Bir-birimizi didməyək, parçalamayaq. Görürsünüz, sonradan təəssüflənməyək. Aslan, sənə Allah rəhmət eləsin. Bir həftənin içində ananı itirdin. Cənnətdə ananla görüş. Allah sizi cənnətlik etsin. Gedən yolun mübarək, haqq dünyasına qovuşdun.
Yenə bu videodan sonra paylaşıb, məni tənqid və təhqir edəcəksiniz. Etməyin... Sabah öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. İndi deyin ki, yaxşı oğlandır. Bir ilin içində çox çətinliklər gördük. Alovlu, gizli müharibə yaşadıq".
https://www.instagram.com/tv/COcvXcgDlkX/?utm_source=ig_web_copy_link