Pandemiyada kütləvi tədbirlərin keçirilməsi düzgündürmü? DEPUTAT SƏRT DANIŞDI

5 May 2021 11:13 (UTC+04:00)

“Pandemiya şəraitində kütləvi iftar süfrələri təşkil etmək düzgün deyil. Koronavirus hələ bitməyib, kifayət qədər də yoluxma var. Bütün bunları əsas gətirərək hazırki dövrdə belə bir addımın atılması məqbul hesab olunmur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözərinə görə, iftar süfrəsi dində savab sayılsa da, yoluxmaların sayının artdığını nəzərə alaraq bu kimi yığıncaqlardan uzaq olmalıyıq: “Özümüzü və yaxınlarımızı qorumaq üçün qaydalara maksimum dərəcədə əməl etmək lazımdır. Təhlükə hələ davam edir. İnsanlar virusa qalib gəlmək üçün səbrli olmalıdır”.

Ayşən Vəli