Yol polisinin rüşvət alması ilə bağlı DİN RƏSMİSİ MÜNASİBƏT BİLDİRDİ

5 May 2021 11:04 (UTC+04:00)

Yol polisinin rüşvət aldığı iddia edilən daha bir video yayılıb. Videonun Abşeron rayon Qobu qəsəbəsində çəkildiyi deyilir.

Polis maşını saxlayır, sürücü ilə “görüşüb”, onu yola salır. DİN-in Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələni araşdıracaqlarını bildirib.

Arzu Elsevərqızı