Roy Nissani İspaniyada trasa çıxacaq

5 May 2021 10:24 (UTC+04:00)

Williams komandasının test sürücüsü Roy Nissani bu həftəsonu İspaniya Qran Prisində birinci sərbəst yürüşlərdə Corc Rasseli əvəz edəcək.

SİA xəbər verir ki, israilli sürücü keçən il İspaniya, İtaliya və Bəhreyndə birinci sərbəs yürüşlərdə Williamsın sükanı arxasına keçmişdi. Qış testlərində də bolidi sürən gənc pilot iki aydan sonra yenidən kokpitə qayıdacaq.

Roy Nissani: “Bolidə qayıtmaq üçün səbirsizlənirəm. Keçən il İspaniya cümə sərbəst yürüşlərində boliddə debüt etmişdim. Ondan sonra komanda inkişaf etməyə başladı. Ümid edirəm ki, trasda bunu hiss edərəm. Boliddəki inkişafı görmək gözəldir”.

Qeyd edək ki, britaniyalılar ilk 3 yarışdan xal ala bilməsələr də, hər yarış templərini artıra biliblər.