Kolumbiyada aksiyaçılardan 87 nəfər itkin düşüb

5 May 2021 06:40 (UTC+04:00)

Kolumbiyada aprelin 28-dən etiraz aksiyalarında iştirak edənlərdən 87 nəfəri itkin düşüb.

SİA yerli “Efe Eme” radiosuna istinad edərək xəbər verir ki, bu barədə Ombudsman ofisinin məlumatlarında bildirilib.

İtkin düşənlərin çoxu – 35 nəfəri Kali şəhərində qeydə alınıb.

Xatırladaq ki, Kolumbiyada ötən həftədən bəri vergi islahatlarına qarşı nümayişlər davam edir. Paytaxt Boqota, Kali, Medellin və digər şəhərlərdə etiraz aksiyalarında 840-dan çox insan yaralanıb.