Bakının Sabunçu rayonunda 17 yaşlı yeniyetmə naməlum şəxs tərəfindən bıçaqlanıb

5 May 2021 01:57 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.