Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı şəhərin mülki müdafiə idarəsinin rəhbəri Miriam Ursua deyib.
M.Ursua bildirib: "Ümumilikdə 24 nəfər ölüb. Onlardan 21-i hadisə yerində, 3-ü isə xəstəxanada keçinib".
Mexikonun meri mətbuat konfransında şəhərdə matəm elan olunduğunu açıqlayıb.