Ronaldo Sportinqə qayıtmaq fikrindədir?

4 May 2021 17:31 (UTC+04:00)

Yuventusdakı gələcəyi bəlli olmayan Kristiano Ronaldo öz karyerasını ölkəsində bitirmək istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı ulduz futbol dünyasına başladığı Sportinqdə oynamağı düşünür.

Yuve ilə müqaviləsi 2022-ci ildə bitən Ronaldo, 2003-cü ildə Mançester Yunayted-də olmadan əvvəl Sportinq-də oynayıb. Daha sonra 2009-cu ildə Real Madridə keçməsi ilə tarixin ən bahalı oyunçusu olan portuqaliyalı 2018-ci ildə 100 milyon avro qarşılığında Yuventusa gəlmişdi.

Xəbər saytlarından birinin müxbirinin açıqlamasında belə deyilir: "Ronaldonun gələcəyi ilə bağlı fikirləri var. O Yuventusdakı müqaviləsini bitirmək və iki illiyinə Sportinq Lissabona dönmək istəyir".

Zərdüşt Quluzadə