Leninin yəhudi mənşəli olması sübut edildi

25 May 2011 13:36 (UTC+04:00)

Sovetlər Birliyinin qurucusu və Bolşevik İnqilabının lideri Vladimir İliç Leninin yəhudi mənşəli olması sübuta yetirilib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, Moskva muzeyində bu məsələ ilə bağlı olan sənədlər aşkar edilib. Muzey digər tərəfdən də bolşevik liderlər haqqında bir çox sənədləri üzə çıxarıb.

Moskvadakı Dövlət Tarix Muzeyində sərgiyə çıxarılan sənədlər arasında Sovetlər Birliyinin qurucusu və Bolşevik İnqilabının lideri Vladimir İliç Leninin bacısı Anna Ulyanova tərəfindən 1932-ci ildə İosef Stalinə yazılan bir məktubda bir çox qaranlıq məqamlara işıq salıb.

Məktubda yazılır: "Vladimir İliç yəhudilər haqqında həmişə yaxşı düşünürdü. Mənim daha əvvəl də şübhələndiyim mənşəyimizi, Leninin sağlığında bilməməsinə təəssüf edirəm\".

Qeyd edək ki, 1870-ci ildə anadan olan Lenin özünü hər zaman rus olaraq təqdim edib.