Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktubları hazırlayır.
Kitabxanadan SİA-ya bildirilib ki, növbəti informasiya məktubu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”nə həsr olunub.
Türk xalqlarının tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə bağlıdır. İnformasiya məktubunda “Kitabi-Dədə Qorqud” monumental sənət abidəsinin türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası olması haqqında məlumat verilir.