Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir

4 May 2021 14:53 (UTC+04:00)

Fəaliyyətində ən son rəqəmsal yenilikləri tətbiq edən “Azercell Telekom” MMC dünyada sürətlə populyarlıq qazanmağa müvəffəq olan Club house sosial şəbəkəsində növbəti onlayn tədbirini təşkil edir. May ayının 4-ü saat 21.00-da Azər Qərib, Fərid Novruzi və Orxan Aslanov kimi tanınmış səyahət sevərləri bir araya gətirən Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirələr həyata keçirəcək.

Tədbirə qoşulmaq üçün http://bit.ly/azercell-seyahet-clubhouse linkindən istifadə edilə bilər.