Yayın gəlişinə az qalmış Rusiya qara büründü

25 May 2011 13:33 (UTC+04:00)

Yayın gəlişinə az qalmış Rusiyaya qar yağıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, anomal hava şəraiti nəticəsində ölkənin Maqadan vilayətində qar yağıb. Son 2 sukta ərzində aylıq yağıntı norması aşağı düşüb.

Hava şəraiti yollarda nəqliyyatın hərəkətini çətinləşdirib, bəzi yollar tamamilə bağlanıb. Sinoptiklər həftəsonu regionda yenidən güclü qar yağacağını proqnozlaşdırırlar.