Azərbaycan XİN Meksikaya başsağlığı verib

4 May 2021 15:10 (UTC+04:00)

Xarici İşlər Nazirliyi (XİN) Mexikoda metro körpüsünün çökməsi ilə əlaqədar Meksikaya başsağlığı verib.

SİA-nın məlumatına görə, bu barədə nazirliyin "Twitter" səhifəsində yazılıb.

Nazirlik bildirib: "Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik".

Qeyd edək ki, Mexikoda hadisə nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs xəsarət alıb.