"Aslan Hüseynov Gəncədə dəfn olunacaq" ÖZƏL

4 May 2021 15:13 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib. SİA-ya onun ölümü ilə bağlı açıqlama verən sənət dostu Ceyla Əlizadə artıq ifaçının Gəncəyə aparıldığını bildirib: "Aslanın ölümünə heç inana bilmirəm. Onunla çox yaxın dost idik. Hadisə səhər saatlarında baş verib. Artıq Aslanın nəşi Gəncəyə aparılır. O, bir həftə bundan öncə dünyasını dəyişən anasının yanında dəfn olunacaq".

Qeyd edək ki, müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol qəzası Bakı-Qazax yolunun 60-cı km-də baş verib. Bu gün səhər saatlarında BMW markalı, 99 HS 789 nömrə nişanlı avtomobil hərəkətdə olarkən “KamAZ” markalı avtomobilə çırpılıb. İfaçı hadisə yerində vəfat edib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.