Dövlət Film Fonduna yeni filmlər daxil olub

4 May 2021 14:49 (UTC+04:00)

Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən iki film fonda hədiyyə edilib.

Film Fondundan SİA-ya bildirilib ki, ekran əsərləri Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” və rejissor Teymur Bəkirzadənin “Sevinc buxtası” filmlərinin çəkiliş prosesinə həsr edilib.

Hər iki ekran əsəri 35 mm-lik kino lentində təhvil alınıb.