“Qobustan abidələri” adlı esse müsabiqəsi elan edilib

4 May 2021 14:42 (UTC+04:00)

Qobustan Milli Tarix- Bədii Qoruğunun 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar məktəblilər arasında “Qobustan abidələri” mövzusunda esse müsabiqəsi elan edilib.

Qobustan Milli Tarix- Bədii Qoruğundan SİA-ya bildirilib ki, müsabiqədə bütün yaş qruplarından olan məktəblilər iştirak edə bilər.

Esselər Azərbaycan dilində təqdim olunmalıdır. Hər müəllif yalnız bir esse ilə müsabiqədə iştirak edə bilər. Yalnız heç bir mətbuat orqanında çap olunmamış esselər müsabiqəyə buraxılır. Təqdim edilən esselər “Microsoft Word” proqramında A4 formatda, “Times New Roman” 14 şriftində yığılmalı, 300-500 söz həcmində olmalıdır. Müsabiqəyə qatılacaq esselər essenin adı, müəllifin adı və soyadı, təhsil aldığı müəssisənin adı və ünvanı, müəllifin elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilməklə mayın 10-dək qobustanqoruğu@heritage.gov.az elektron poçt ünvanına göndərilməlidir. Müsabiqənin məqsədi məktəblilərin diqqətini Azərbaycan tarixində əvəzsiz yer tutan, zəngin mədəni irsimizin ən möhtəşəm nümunələrindən biri olan Qobustan abidələrinə yönəltmək, onları abidəni öyrənməyə və təbliğinə sövq etməkdir.

Müsabiqənin qalibləri Qobustan Milli Tarix- Bədii Qoruğunun mükafat və diplomları ilə təltif olunacaqlar.