Məşhur cütlük hələ dünyaya gəlməyən qızına nə ad qoyub?

4 May 2021 14:24 (UTC+04:00)

Türkiyəli aktyor Tolgahan Sayışman və xanımı Almeda Abazi ikinci övladlarını qucaqlarına almaq üçün gün sayırlar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor jurnalistlərə açıqlamasında bildirib ki, cütlük hələ dünayaya gəlməyən qızlarına ad belə qoyublar: "Almeda ilə ikinci övladımızın dünyaya gələcəyi günü səbirsizliklə gözləyirik. Artıq həyat yoldaşım 9 aylıq hamilədir. Qız atası olacam. Övladımın adı Alina olacaq. Qızımın adını xanımım qoyub".

Qeyd edək ki, cütlüyün Efe Han adında bir oğlu da var.