Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstan nəşriyyatı arasında memorandum imzalanıb

4 May 2021 13:16 (UTC+04:00)

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Dövlət Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlıq – Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və “İverioni” nəşriyyatının direktoru Zaur Naçkebia tərəfindən imzalanıb.