"Sülhməramlılar "iynə üstündə" oturublar" POLİTOLOQUN TƏPKİSİ

4 May 2021 13:03 (UTC+04:00)

“Rus sülhməramlıları Xankəndində eləcə də onun ətrafındakı bölgələrdə əhalinin sayının artırılması üçün çalışırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, sülhməramlılar nə qədər ermənini “daşıyıb gətirsələrdə” çoxu geri qayıdır və qaçıb ölkədən çıxır: “Bugün Ermənistanda aksiyalar başlayıb və davam etməkdədir. Aksiyalarda çıxışlar zamanı həm ermənilər Qarabağa getmək istəmir, həm də ümumiyyətlə özləri və ailələri ilə birlikdə Qarbağa getmək fikrində deyillər. Çünki həmin bölgəni perspektivsiz bölgə hesab edirlər və bilirlər ki, gec-tez Azərbaycan ordusu bu bölgələri öz nəzarətinə keçirəcək. Faktiki olaraq rus sülhməramlıları orada olsa da onlar “iynə üstə oturmuş kimi oturublar”. Çünki onlar Azərbaycan vətandaşlığını qəbul etməlidirlər. Bir sözlə, onların vəziyyəti qibtə ediləcək deyil. Ermənilərin Qarabağa gəlmək fikirləri yoxdur”.