Müğənnilərimiz Türkiyədə konsert verəcəklər

25 May 2011 13:05 (UTC+04:00)

Azərbaycanın əməkdar artisti Ədalət Şükürov və müğənni Xəyyam Nisanov Türkiyəyə yola düşürlər. SİA-ya açıqlama verən Ədalət Şükürovun sözlərinə görə, onlar istirahət məkanı olan Quşadasında konsert proqraımı ilə çıxış edəcəklər.

Müğənnilərimiz türk tamaşaçılarına möhtəşəm şou-proqram nümayiş etdirəcəklər. Proqrama müğənnilərin köhnə repertuatırından olan mahnılarla yanaşı yeni ifaları da daxil olacaq.

Qeyd edək ki, konert sabah baş tutmalıdır.