Yaşıl sahələrə artan ehtiyac - ARAŞDIRMA

4 May 2021 11:43 (UTC+04:00)

Pandemiya zamanı insanlar şəhərlərdəki yaşıl sahələrin və ağacların nə qədər vacib olduğunu anlamağa başladılar. Koronavirus pandemiyası evimizin giriş qapısından başlayaraq bütün dünyanı təhlükələrlə dolu bir təbii bölgəyə çevirdi. İndi bir çoxumuz üçün dünya evimizin sərhədləri ilə müəyyən edilir. Əslində, şəhərlərimiz tarixi inkişaf proseslərində pandemiyaya görə ciddi dəyişikliklərə məruz qalmışlar.

Həqiqətən bir pandemiya dövrünə qədəm qoymuşuqsa, gələcəkdə şəhərlərimizin evimizin xaricindəki qadağan olunmuş əraziyə çevrilməməsi üçün təhlükəsiz və yaşana bilən ərazilər olaraq necə dizayn etməliyik?

2000-dən çox insanın iştirakı ilə aparılan sorğuda məlum olub ki, sərt karantin rejmi tətbiq olunduqdan sonra insanların üçdə birindən çoxunun yaşıl sahələrə daha tez-tez getdiyi aşkar edilib.

Məhdudiyyətlər götürüldükdən sonra parklar və meşələrə insanlar daha çox üstünlük verdilər. İnsanların 63%-i təbiəti qorumağın və inkişaf etdirməyin gələcəkdə prioritet olduğunu söylədi. Kənd sahələrimiz və yaşıl sahələrimiz artan təzyiqlə qarşı-qarşıyadır, lakin koronavirus virusu bizə kəndlərin insanlar üçün bu qədər vacib olduğunu xatırlatdı.

İnsanların yaşıl sahələrə daha çox getməsi sağlamlığın və rifahın faydalarındandır. Qapanmalar olduqdan sonra onları qorumaq və inkişaf etdirməyin insanlar və hökmətlər üçün nə qədər vacib olduğunu bir daha gördük.

Şəhər ərazilərimizi yaşıllaşdırmaq, xüsusən daha sıx məskunlaşmış ərazilərdə ağac əkmək, ümumiyyətlə daha sağlam olmağımıza kömək edə bilər. ABŞ-da edilən son bir araşdırmada 2025-ci ilədək şəhər boyu ağac örtüyünün 30%-ə çatdırılması üçün həyata keçirilən bir plan hazırlandı.

Ağacların rifahımıza təsirinə baxmaq üçün fiziki fəaliyyətin olmaması, havanın çirklənməsi, səs-küy, istilik və yaşıl sahələrin daha az olması səbəbi ilə qarşısı alınan ölümləri ölçüldü. Tədqiqat nəticəsində, şəhərlərdə ağac örtüyünün artırılmasının "bütün küçələrdə ildə 400 ölümün 30% nisbətində qarşısını ala biləcəyini" və daha aşağı sosial-iqtisadi vəziyyətə sahib bölgələr üçün xüsusilə yaxşı nəticələrə sahib olduğu məlum oldu.

Aparıcı tədqiqatçı Michelle Kondo bu fikirləri bildirib: "Son həftələrdə bir çox şəhər sakinlərinin karantin şərtləri ilə qarşılaşdıqları üçün ictimai yaşıl sahələrə artan ehtiyacı olduğunu gördük".

Michelle Kondo "sosial məsafə saxlamaq tövsiyələrinə diqqət yetirmək çox vacib olsa da, gəzintiyə çıxanda parklarda və meşələrdə vaxt keçirmək zehni və fiziki sağlamlığımızı qorumaq üçün əsas şərtdir"-deyə, fikrini ifadə edib.

Bağçaların salınmasına artan təbəbat nədir?

İctimai yerlərin yaşıllaşdırılmasından başqa insanlar uzun müddət təcriddə olduğu üçün getdikcə öz bağları olan evlər axtarırlar. Bağları olan evlərin axtarışı pandemiya dövründə 93% artıb. Terraslar kimi daha az ənənəvi açıq məkanlara sahib mülklər də son dövrlərdə daha çox diqqət çəkir.

Pandemiyadan əvvəl insanların açıq məkandan daha çox böyük otaqlı evlərə üstünlük verirdilər. İndi bunun əks tendensiyası ortaya çıxıb. Qapanmalar tətbiq olunduqdan sonra insanların daha çox yeni bir ev axtarışında olduqları ortaya çıxıb.

Dünyanı bürüyən koronavirus şoku bizi həyatımızı tamamilə yenidən qiymətləndirməyə məcbur etdi. Pandemiya zamanı geniş yaşıl sahələrin şəhər sakinlərinin zehni və fiziki sağlamlığı üçün nə qədər əhəmiyyətli olduğu görüldü. Bugün pandemiya qarşısında görülən tədbirlər və ictimai sahələrin istifadəsində edilən ilk dəyişikliklər onu göstərir ki, daha uyğun davamlı şəhərlərin hazırlanması lazımdır.