26 cinayətin üstünü “isti izlər”lə açıblar DİN

4 May 2021 10:21 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) mayın 3-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 26 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 14 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.