Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova gələn ildən dəbsevərləri yenilikləri ilə sevindirəcək. SİA-ya məlumat verən modelyerin sözlərinə görə, növbəti ildən etibarən onun müəllifi olduğu eynəklərindən istifadə edə biləcəklər: "Bu, mənim çoxdankı planım idi. Artıq bir neçə İtaliya istehsalçısı ilə danışıqlara başlamışam. Bu yay çatdırmayacam. Ancaq ümid edirəm ki, növbəti yayda dəbsevərlər mənim eynəklərimdən istifadə edə biləcəklər".