Venesuelada 55 yetkinlik yaşına çatmayan cinayətkar saxlanma mərkəzindən qaçıb

4 May 2021 05:26 (UTC+04:00)

Venesuelanın paytaxtı Karakasda yerləşən saxlanılma mərkəzindən 55 yetkinlik yaşına çatmayan şəxs saxlanma mərkəzindən qaçıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, onlar qazdıqları yeraltı tuneldən istifadə ediblər.

Qeyd edilir ki, aprelin sonunda oxşar olay ölkənin Karabobo ştatında baş verib. O zaman 30 məhkum qazdıqları tuneldən istifadə edərək həbsxanadan qaça biliblər.