Qazaxıstanda ötən sutka ərzində COVİD-19-a 2 mindən çox yoluxma halı qeydə alınıb

4 May 2021 08:54 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 076 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 330 071 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 1 366 olmaqla 281 708 nəfər sağalıb, 3 762 nəfəri isə vəfat edib.