Moskvanın cənub-şərqində yerləşən oteldə yanğın baş verib

4 May 2021 08:34 (UTC+04:00)

Moskvanın cənub-şərqində, Kojukovskaya 26 ünvanında yerləşən oteldə yanğın baş verib.

SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsi məlumat yayıb.

100 kv.m ərazini əhatə edən yanğın söndürülüb. Alovun söndürülməsi zamanı üç nəfərin cəsədi tapılıb.

Yanğın birinci mərtəbədə və dəhlizdə başlayıb. Hazırda xilas edilənlərin sayı dəqiqləşdirilir.