Arif Quliyevin səhhəti necədir? AÇIQLAMA

4 May 2021 11:30 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, koronavirus xəstəliyinə yoluxan Xalq artisti Arif Quliyev xəstəxanada müalicə alır. SİA aktyorun səhhətini öyrənmək üçün oğlu Rövşən Quliyevlə əlaqə saxladı.

Əməkdaşımıza açıqlama verən Rövşən bildirib ki, atasının səhhətində heç bir irəliləyiş yoxdur: "Atamın səhhətində heç bir yenilik yoxdur. Hələ də reanimasiyadadır. Arif Quliyev EKMO cihaza qoşulub. Hələ də vəziyyəti ağır olaraq qalır.

Yalnız Allaha dua edirik ki, atam tezliklə ayağa qalxsın".

Qeyd edək ki, aktyor koronavirusa yoluxub. Həkimlər onun ağ ciyərinin 99 faizinin zədələndiyini bildirib.