"Ailəmdən uzaq durun, çirkləndirməyin!" AÇIQLAMA

4 May 2021 09:16 (UTC+04:00)

Aktrisa Ülviyyə Əliyevanın həyat yoldaşı Manaf bəylə ayrılmaları haqda söz-söhbət gəzir. SİA-ya şəxsi həyatı haqda açıqlama verən aktrisa xəbəri yalanlayıb: "Hər zaman çalışmışam ki, sənətimlə gündəmdə olum. Amma nədənsə bir çoxları yaradıcılığımı kənarda qoyub, şəxsi həyatımla maraqlanırlar. Ailəm mənə maraqlı olmalıdır. Heç kimin şəxsi həyatım haqda danışmağa ixtiyarı yoxdur.

Qaldı ki boşanmağıma, yalandır. Belə bir şey yoxdur. Artıq həyat yoldaşım Manaf bəylə ailə qurduğumuzun 3 ili tamam olacaq. Çox xoşbəxtik. Ərimlə bir-birimizi başa düşürük. Odur ki, şəxsi həyatıma toxunub, çirkləndirməyin. Ailəmdən uzaq durun!"