Lənkəranda gənc qadın yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb

4 May 2021 00:04 (UTC+04:00)
Lənkəranda gənc qadın yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb. SİA-nın məlumatına görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəsilə Əsədova evin 3-cü mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının psixoloji problemlərinin olduğu bildirilir. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.