"Neftçi"dən böyük hesablı qələbə, "Səbail" "Qəbələ"ni bir qolla məğlub edib

3 May 2021 22:37 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Neftçi" "Keşlə"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

Günün ikinci qarşılaşmasında isə "Səbail" "Qəbələ"ni qəbul edib və minimal hesablı qələbə qazanıb - 1:0.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

3 may (bazar ertəsi)

20:15. “Səbail” –“Qəbələ” - 1:0
Qol: Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

18:00. “Keşlə” – “Neftçi” - 0:3
Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”

4 may (çərşənbə axşamı)

18:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”

20:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Neftçi 25 15 5 5 41-25 50
2 Qarabağ 24 14 8 2 57-16 50
3 Sumqayıt 24 8 9 7 28-28 33
4 Zirə 24 7 12 5 24-25 33
5 Qəbələ 25 5 9 11 20-39 24
6 Səbail 25 5 9 11 21-35 24
7 Keşlə 25 4 11 10 22-36 23
8 Sabah 24 5 7 12 22-31 22


Bombardirlər:

Namik Ələskərov ("Neftçi") - 18 qol
Mahir Emreli ("Qarabağ") - 16 qol
Filip Ozobiç ("Qarabağ") - 11 qol
Əli Qurbani ("Sumqayıt") - 9 qol
Davit Volkov ("Zirə") - 8 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 7 qol
Kvabena Ovusu ("Qarabağ") - 6 qol